Amerikalı aktyor Con Kyusak kinodan uzaqlaşaraq qrafik roman müəllifi kimi fəaliyyət göstərməyə başladığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, aktyor bu barədə "Variety" nəşrinə müsahibəsində danışıb.
Kyusakın sözlərinə görə, qrafik romanlar həmişə ona kinematoqrafiyaya ən yaxın janr kimi görünüb. O, ilk qrafik romanı olan "Momo"nu rəssam İqnasio Noe ilə birlikdə hazırlayıb. Elmi-fantastik əsər 1970-ci illərdə iki qaçağın kosmik səyahətindən bəhs edir.
60 yaşlı aktyor bildirib ki, bu formatı seçməsinin əsas səbəbi yaradıcılıq azadlığı olub. Onun sözlərinə görə, film çəkmək üçün milyonlarla dollar tələb olunduqda maliyyəçilər layihəyə müdaxilə edir və qərarlara təsir göstərirlər.
Kyusak vurğulayıb ki, qrafik roman üzərində işləyərkən yazdığı mətnlərə heç kim redaktə etməyib, rəssamın çəkdiyi illüstrasiyalara da müdaxilə olunmayıb.