AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.
Oxu.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Bavariya" (Almaniya) - "Arsenal" (İngiltərə) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 12-də Münhen şəhərində yerləşən "Alyans Arena"da baş tutacaq.
