Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Amerikalı UFC döyüşçüsü arenaya məşhur meyxananın sədaları altında daxil olub
Ötən axşam "Baku Crystal Hall"da təşkil olunan "UFC Fight Night"da gecənin əsas kartında səbirsizliklə gözlənilən bir nömrəli döyüşün iştirakçısı Xalil Rauntri Bakıda yerli publikanı əməlli-başlı təəccübləndirib.
Oxu.Az xəbər verir ki, məşhur amerikalı UFC döyüşçüsü arenaya "Tı kto takoy" meyxanasının sədaları altında daxil olub.
Onun bu addımı UFC-nin azərbaycanlı azarkeşlərini bir xeyli coşdurub, yerli publikanın alqışını qazanıb.
Qeyd edək ki, "Baku Crystal Hall"da təşkil olunan bu döyüş gecəsində altısı əsas, altısı ilkin kartda olmaqla, 12 qarşılaşma keçirilib.
Azərbaycanlı döyüşçülərdən Rafael Fiziyev çilili İqnasio Baxamondeslə, Nazim Sadıxov braziliyalı Nikola Motta ilə, Tofiq Musayev qırğızıstanlı Mıktıbek Orolbay ilə üz-üzə gəliblər. Tofiqdən başqa digər iki həmyerlimiz rəqibinə qalib gəlməyi bacarıb.
Gecənin əsas döyüşü isə UFC-nin yarımağır çəkidə keçmiş çempionu Camal Hill ilə güclü Xalil Rauntri arasında baş tutub. X.Rauntri 5 raund davam edən əsas döyüşdə sonda üzü gülən tərəf olub.
Təhməz Əsədov
"Rafael Fiziyev" teqi üzrə xəbərlər
- Azərbaycanın UFC döyüşçüsü Rafael Fiziyev Qarabağa səfər edib
- Rafael Fiziyev braziliyalı ulduz Çarlz Oliveyranı döyüşə çağırdı
- Tofiq Musayev: "Daha güclü və inamlı dönəcəyəm"
- Azərbaycanda ilk dəfə UFC turniri keçirilib
- Rafael Fiziyev: "İnsanların isti münasibəti mənə qalib gəlməyim üçün əlavə motivasiya verdi"