"Araz-Naxçıvan" baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Naxçıvan təmsilçisi hər iki məşqçi ilə qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Xatırladaq ki, Cavid Hüseynov bu ilin iyun ayında məşqçi təyin edilmişdi. Daha sonra lisenziyalaşdırma qaydalarının tələblərini yerinə yetirmək üçün UEFA PRO kateqoriyasına sahib Zaur İsmayılov "Araz-Naxçıvan"ın əsas komandasına baş məşqçi təyin edildi.
Bununla belə, rəhbərliyin klubdaxili qərarına əsasən, Misli Premyer-Liqasının 2026/2027 mövsümündə A komandanın nəticələrinə, komandanın məşq və oyunlarının idarə olunmasına, komandanın taktiki-texniki hazırlığına və mətbuatla ünsiyyətə (mətbuat konfranslarında iştirak, komanda ilə bağlı açıqlama vermək) cavabdehlik Cavid Hüseynova həvalə olunmuşdu.
Hazırda "Araz-Naxçıvan" 6 oyuna 2 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.