UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi "Aris" heyətini "Barselona"nın sabiq futbolçusu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, Yunanıstan klubu "Selta"dan Karles Peresi transfer edib. Bu barədə Saloniki təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı vinger birmövsümlük icarəyə götürülüb.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Peres kataloniyalıların əsas komandasında 13 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib. O, "Roma" və "Xetafe"də də çıxış edib. İspan futbolçu ötən mövsüm La Liqada 27 oyunda 3 qol vurub.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.