Futbol üzrə dünya çempionatının final oyununda Argentina millisi arzuolunmaz göstəriciyə imza atıb.
Oxu.Az xəbər verir ki, 2026-cı il dünya çempionatının həlledici görüşündə Argentina yığması İspaniya millisi ilə qarşılaşır.
ABŞ-nin Nyu-Cersi ştatının İst-Ruterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında argentinalılar rəqib qapısına heç bir zərbə endirə bilməyiblər.
Beləliklə, Argentina dünya çempionatlarının final tarixində əsas vaxt ərzində rəqib qapısına zərbə vurmayan ilk komanda olub.
İspaniya millisi isə oyunda böyük üstünlüyə malik olub. İspan futbolçuları rəqib qapısına 15 zərbə endirib, onlardan 10-u qapı çərçivəsinə yönəlib.
Qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə - 0:0 hesabı ilə başa çatıb.