Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Arsenal" "Mançester Siti" üzərində qələbəni əldən verdi
İngiltərə Premyer Liqasının V turunun "Mançester Siti" və "Arsenal" komandaları arasında keçirilən oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Mançesterdəki "Etihad" stadionunda baş tutub.
Matçı Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Qarşılaşma heç-heçə başa çatıb - 2:2.
Doqquzuncu dəqiqədə "Mançester Siti"nin hücumçusu Erlinq Holand hesabı açıb. 22-ci dəqiqədə "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafyori hesabı bərabərləşdirib. 45+1-ci dəqiqədə qolu qonaqların müdafiəçisi Qabriel Maqalyans vurub. 90+8-ci dəqiqədə Con Stouns fərqlənərək görüşdə yekun hesabı müəyyənləşdirib - 2:2.
İngiltərə Premyer Liqasının V turundan sonra "Mançester Siti" 13 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Arsenal" 11 xalla dördüncü yerdədir.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Mançester Siti" qələbəni son anda qazandı
- İngiltərə Premyer Liqasına yüksələn iki komanda məlum olub
- İngiltərə Premyer Liqası: "Liverpul" çempionluğun bir addımlığında
- İngiltərə Premyer Liqası: "Arsenal"dan darmadağın, "Çelsi"dən geridönüş, "Mançester Yunayted" uduzdu
- İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Everton"a qalib gəldi