"Atalanta" futbol klubu İvan Yuriçin komandanın baş məşqçisi vəzifəsindən azad edilməsini elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Həmçinin komandanın məşqçilər heyətini Matteo Paro, Miqel Velozu, Paolo Barbero, Stepan Ostoiç və Mikele Orekkyo tərk ediblər.
Xatırladaq ki, Yuriç "Atalanta"nın baş məşqçisi vəzifəsini 2025-ci ilin yayında, Can Pyero Qasperininin "Roma"ya keçməsindən sonra tutub.
Qeyd edək ki, İtaliyanın ali divizionunda son səkkiz matçında komanda cəmi 6 xal toplayıb. Klub "Udineze"yə (0:1) və "Sassuolo"ya (0:3) məğlub olub, həmçinin altı dəfə heç-heçə oynayıb.
İtaliya A Seriyasında 11 turdan sonra "Atalanta" 13 xal toplayıb və turnir cədvəlində 13-cü yeri tutur.