Azərbaycanın qadın boksçusu Aynur Mikayılova VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, o, 57 kq-da fərqlənib.
Finalda Özbəkistan idmançısı Xumorabonu Mamajonovana məğlub olub.
Beləliklə, boksçularımız yarışı 7 nəfərə 6 medal olmaqla, 1 qızıl, 3 gümüş, 2 bürünclə başa vurublar.
Azərbaycanın cüdo millisi VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Oxu.Az xəbər verir ki, yığma finalda Özbəkistan kollektivi ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandada ölkəmizi Fidan Əlizadə, Hidayət Heydərov, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli və Uşanqi Kokauri təmsil ediblər.
Azərbaycan ağırlıqqaldıranı Ravil Alməmmədov (79 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, o, birdən qaldırmada gümüş mükafata sahib çıxıb.
R.Alməmmədov 155 kq-ın öhdəsindən gəlib.
Qeyd edək ki, bu Azərbaycan ağırlıqqaldıranların İslamiadada yeddinci medalıdır.


Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, yığma qarışıq komanda yarışının yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
Azərbaycan millisi rəqibini üstələyərək (4:1) finala yüksəlib.
Həlledici dueldə rəqib Özbəkistan olacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, yığma qarışıq komanda yarışının 1/4 finalında Səudiyyə Ərəbistanı seçməsi ilə üz-üzə gəlib.
Azərbaycan millisi rəqibini üstələyərək (4:0) yarımfinala yüksəlib.
Yığma növbəti raundda Qazaxıstanla qarşılaşacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

VI İslam Həmrəyliyi Oyunları cüdoçularımız üçün yekunlaşıb.
Oxu.Az xəbər verir ki, komandamız fərdi yarışları iki qızıl, iki gümüş və beş bürünc olmaqla doqquz medalla başa vurublar.
Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsində məğlub olub.
Oxu.Az "Report"a istinadən xəbəri verir ki, yığma bu raundda Misir seçməsi ilə üz-üzə gəlib.
Aylin Əsgərova və Mərziyyə Nurmətovadan ibarət cütlük rəqibinə 5:8 hesabı ilə uduzub.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.
Oxu.Az xəbər verir ki, üzgüçülərdən Məryəm Cavadova, Abdurrahman Rüstəmov, Anastasiya Boborıkina, Eqor Maynitski, Ramil Vəlizadə, Vlastilina Xasyauova, Mehri Əbdurəhmanlı və 2 qız, 2 oğlandan ibarət qarışıq komanda bacarıqlarını göstərməyə çalışacaq.
Stolüstü tennis üzrə qadınlardan ibarət Azərbaycan millisi yarımfinalda Misir seçməsi ilə üz-üzə gələcək. Cüdo yığması isə 1/4 finalda Səudiyyə Ərəbistanı ilə münasibətlərə aydınlıq gətirəcək.
Ağırlıqqaldıran Ravin Alməmmədov (79 kq) yarışa qrup mərhələsində start verəcək.
Dörd boksçumuz isə bu gün final görüşünə çıxacaq. Nərgiz Zeynalova (54 kq) Ayşen Taşkinlə (Türkiyə), Səidcəmşid Cəfərov (80 kq), Sultan Osmanlı ilə (Türkiyə), Aynur Mikayılova (57 kq) Xumorabonu Mamajonova ilə (Özbəkistan), Məhəmmədəli Qasımzadə (60 kq) Madiyar Daniyarovla (Özbəkistan) döyüşəcək.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq. Azərbaycan təmsilçiləri indiyədək 17 mükafat (2 qızıl, 3 gümüş, 12 bürünc) qazanıblar və ölkə medal sıralamasında altıncı sıradadır.