"Atletiko Madrid" Teo Ernandes üçün "Milan"a təklif göndərib.
Oxu.Az xəbər verir ki, Madrid klubu oyunçuya qarşılıq olaraq Nauel Molina və müyyən məbləğin əks olunduğu rəsmi təklif göndərib.
Xatırladaq ki, Ernandesi Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun da transfer etmək istəyi barədə xəbərlər var. Ancaq fransız müdafiəçi "Əl-Hilal"ın təklifini qəbul etməyib və hazırda "Atletiko Madrid"in qərarını gözləyir.