Ukrayna – Şimali Makedoniya oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Ukrayna ilk qələbəsini qazanıb. Debütant Şimali Makedoniyanın sonuncu turda Niderlandla oynayacağını nəzərə alsaq, artıq onların AVRO-2020-də pley-offda olmayacağını söyləmək olar.
18:43
Matçda daha bir penalti vurulub. Bu dəfə də qapıçı uğurlu çıxış edib. Belə ki, Ruslan Malinovskinin 83-cü dəqiqədə vurduğu zərbəni Şimali Makedoniyanın qapıçısı Stole Dimitrievski zərərsizləşdirib. Hələ ki, Ukrayna 2:1 qalib gəlir.
17:01
Bu gün C qrupunda II tura start verilir.
Oxu.Az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə Ukrayna və debütant Şimali Makedoniya qarşılaşır. Hər iki komanda ilk görüşdə uduzub.
Komandalar meydana bu taktiki düzülüş və heyətlə çıxıb.
Ukrayna (4-5-1): Buşçan, Karavayev, Zabarnı, Matviyenko, Nikolenko, Yarmolenko (kapitan), Şarapenko, Stepanenko, Zinçenko, Malinovski, Yaremçuk
Şimali Makedoniya (3-4-1-2): Dimitrievski, S. Ristovski, D. Velkovski, Musliu, Nikolov, Ademi, Spirovski, Alioski, Bardi, Pandev (kapitan), Elmas
Səbuhi Musayev