Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışı Azərbaycan klublarının avrokuboklarda çıxışına həsr olunub.
Verilişdə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah"ın Uelsin TNS klubunu 2:0 hesabı ilə məğlub etməsi, UEFA Konfrans Liqasında "Zirə"nin Gürcüstanın "Torpedo" komandası üzərində qazandığı 3:0 hesablı qələbə və UEFA Avropa Liqasında "Qarabağ"ın İslandiyanın "Vestri" klubunu 3:0 hesabı ilə məğlub etməsi ətrafında geniş müzakirələr aparılıb.
Podkast zamanı Azərbaycan təmsilçilərinin ilk oyunlardakı çıxışı, cavab qarşılaşmaları öncəsi şansları, komandaların oyun planı və avrokuboklarda irəliləmək perspektivləri dəyərləndirilib.
Həmçinin "Qarabağ", "Sabah" və "Zirə"nin bu mövsüm Avropada nə qədər irəli gedə biləcəyi, komandaların üstün və zəif cəhətləri ilə bağlı fikir mübadiləsi aparılıb.