Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiya seçməsini məğlub edib.
"Tipos Arena"dakı qarşılaşma 5:2 hesabı ilə bitib.
Komandanın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.
Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.
Xatırladaq ki, daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı üstələyib - 3:2.

Bu axşam Azərbaycanın minifutbol üzrə milli komandası Slovakiyada təşkil olunan Avropa çempionatında 1/4 final sınağına çıxacaq.
Oxu.Az xəbər verir ki, yığmamız bu mərhələdə Çexiya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə iyunun 3-ü saat 00:00-da səslənəcək. Bu cütün qalibi yarımfinal mərhələsində Rumıniya - Serbiya duelindən üstün ayrılan tərəflə üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan millisi bundan əvvəlki 1/8 final mərhələsində gərgin keçən oyunda Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edərək adını növbəti tura yazdırıb.