Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avropa Liqası: “Qarabağ” “Molde” ilə matçda son anda qol vuraraq vacib bir xal qazandı - YENİLƏNİB + VİDEO
“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv V turda Norveçdə yerli “Molde” klubunun qonağı olub.
“Aker” stadionunda təşkil edilən qarşılaşmada hesabı 12-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Juninyo 12-ci dəqiqədə qapıçı ilə təkbətək şansı əldən verməyib. Lakin Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində norveçliləri önə keçirib. Buna baxmayaraq, “Qarabağ” məğlubiyyətdən qurtulub. 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə görüşdə son nöqtəni qoyub - 2:2.
Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyub. Eyni xala malik “Molde” isə üçüncü yerdə qalıb. Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu səfərdə İsveç təmsilçisi “Hekken”i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.
01:58
“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda növbəti qol vurulub.
“Aker” stadionunda təşkil olunan qarşılaşmada Azərbaycan çempionu hesabı bərabərləşdirib - 2:2.
90+5-ci dəqiqədə Bəhlul Mustafazadə fərqlənib.
01:50
“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda növbəti qol vurulub.
Oxu.Az xəbər verir ki, “Aker” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri yenidən fərqləniblər.
Moldenin eyniadlı komandasının heyətində 87-ci dəqiqədə Kristian Eriksen dubla imza atıb.
Bununla “Molde” 2:1 hesabı ilə önə keçib.
01:45
“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, “Aker” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri hesabı bərabərləşdiriblər - 1:1.
Moldenin eyniadlı komandasının heyətində 82-ci dəqiqədə Kristian Eriksen fərqlənib.
01:07
“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ikinci hissə başlayıb.
İlk hissədən sonra Azərbaycan çempionu 1:0 hesabı ilə öndədir.
00:51
“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda birinci hissə başa çatıb.
“Aker” stadionunda təşkil olunan qarşılaşmada komandalar fasiləyə yollanıblar.
İlk hissədən sonra Azərbaycan çempionu 1:0 hesabı ilə öndədir.
00:14
“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.
“Aker” stadionunda təşkil olunan qarşılaşmada ilk qolu Azərbaycan təmsilçisi vurub.
Qonaq komandanın heyətində 11-ci dəqiqədə Juninyo fərqlənib - 1:0.
00:04
“Qarabağ”la “Molde” klubu arasında Norveçdə keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.
Oxu.Az xəbər verir ki, “Aker” stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start verilib.
Görüşü belçikalı Erik Lambrextsin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
23:00
UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək "Molde" (Norveç) və "Qarabağ"ın start heyətləri bəlli olub.
Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
"Molde": 12. Oliver Petersen, 31. Matias Lovik, 19. Eyrik Haugen, 3. Kasper Öyvann, 6. martin Ellinqsen, 28. Kristoffer Haugen, 20. Kristian Eriksen, 22. Maqnus Qrödem, 16. Emil Breyvik, 7. maqnus Volf Eykrem, 9. Volon Berişa
Baş məşqçi: Erlinq Moe
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 29. Marko Veşoviç, 6. Julio Romao, 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 6 xala malik komanda 2-3-cü yerləri bölüşdürürlər.
21:40
UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Molde" - "Qarabağ" oyununa satılan bilet sayı bəlli olub.
"Report"un Norveçə ezam olunmuş əməkdaşının məlumatına görə, "Aker" stadionunda baş tutacaq qarşılaşmaya 5 214 bilet satılıb.
11 200 tamaşaçı tutumuna malik arenada tribunaların yarısının boş qalması gözlənilir. Matçda azsaylı azərbaycanlı azarkeşlər də "Qarabağ"a dəstək verəcəklər.
Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda "Qarabağ" və "Molde" hərəyə 6 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.
Rəylər