Bu axşam Avropanın yaşıl meydanlarında müxtəlif turnirlər çərçivəsində maraqlı qarşılaşmalar baş tutub.
İtaliya A seriyasında “Yuventus” nəhayət ki, iki məğlubiyyət və iki heç-heçədən sonra qələbə qazana bilib. Turin klubu “Spetsiya”nı 3:2 hesabıyla məğlub edib.
Ukraynada isə “Şaxtyor” və Kiyev “Dinamo”su arasında keçirilən Super Kubok oyunu paytaxt komandasının 3 cavabsız qolla darmadağın edilməsilə başa çatıb.