Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan çempionu olmuş komanda dağıldı – SƏBƏB
Qadın həndbolu üzrə 2016/2017 mövsümünün Azərbaycan çempionu “Nur” komandası dağılıb.
Oxu.Az xəbər verir ki, oktyabrın 6-da həndbol üzrə XXVI Azərbaycan çempionatına start veriləcək.
Belə ki, “ABU Arena”da təşkil olunacaq ölkə birinciliyində altısı qadınlardan (“Azərsu”, “Azəryol”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Olimpiya”, “Qarabağ”), dördü isə kişilərdən (“Bakı”, “Təhsil”, U-16, “Məhsul”) ibarət olmaqla, on komanda iştirak edəcək.
Göründüyü kimi, ötən il Azərbaycanı Avropa Həndbol Federasiyası (EHF) kuboku turnirində təmsil etmiş və ötən mövsümün bürünc mükafatçısı olmuş Mingəçevirin “Nur” komandasının adı siyahıda yoxdur. Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin rəhbəri İsgəndər Əsgərov bunun səbəbini saytımıza açıqlayıb:
“Yerli həndbolçuların inkişafı naminə bu mövsümdən yeni qaydalar tətbiq etmişik. Belə ki, legionerlərin oynamasına limit qoymuşuq. İndi start heyətdə maksimum altı legioner və bir yerli həndbolçu oynaya bilər.
Bildiyiniz kimi, “Nur” komandası da bütünlüklə legioner qızlardan ibarət idi. Bu da çempionatda rəqabətin itməsinə səbəb olurdu. Biz onlara dedik ki, 16 nəfərlik heyətinizə azərbaycanlı da əlavə edin. Onlar belə bir oyunçu tapmadıqları üçün çempionatda iştiraklarına icazə vermədik”.
O həmçinin Gürcüstanın “Olimpiya” komandasının Azərbaycan çempionatında iştirakının detallarını açıqlayıb:
“Həndbol federasiyalarının prezidentləri arasında baş tutmuş danışığa əsasən, Gürcüstan komandasının Azərbaycan çempionatında iştirakına icazə verildi. Bu komanda son Gürcüstan çempionudur. Lakin ötən mövsüm onlarda iştirak etmiş dörd klubun həndbolçuları bu komandaya yığılıb.
Belə demək mümkünsə, hamısı Gürcüstan millisinin üzvləridir. Artıq razılaşdırmışıq. Onlar dörd dövrəli çempionatımızda beş dəfə Azərbaycana gələcəklər və hər səfərdə iki oyun keçirəcəklər. Bizim komandaların hər biri isə bir dəfə Tbilisiyə gedib orada iki oyun keçirəcəklər. Yəni bizim komandaların onlara qarşı iki oyunu Bakıda, ikisi də Tbilisidə baş tutacaq”.
Qeyd edək ki, Azərbaycan çempionatına aprel-may aylarında yekun vurulacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
"Azərsu ASC" teqi üzrə xəbərlər
- Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi
- Azərbaycan Premyer Liqası: "Şamaxı" "Sumqayıt"a qalib gəldi
- Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi
- Kanalda batan qazinin yanındakı şəxslər kimlər olub? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır
Rəylər