Azərbaycanın üç cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən Avropa açıq turnirinin ilk günündə medal qazanıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Elşən Əsədov (66 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub. Eyni çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medal qazanıb.
Kamran Süleymanov (73 kq) isə yarışı bürünc medalla başa vurub.
Azərbaycan millisi bir qızıl, bir gümüş və bir bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
Qaynar xətt:
(055) 224 12 12