Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Bildirilib ki, 125 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda rusiyalı Soslan Qabuyevlə qarşılaşıb. Görüş Yusifin qələbəsi ilə yekunlaşıb və o, Avropa çempionu adını qazanıb.
Qaynar xətt:
(055) 224 12 12