Azərbaycan idmançıları bu il pandemiya şəraitində də olsa, ölkəmizi təmsil etməyə çalışacaq.
Bəs Azərbaycan idmançılarını 2021-ci ildə hansı mötəbər turnirlər gözləyir?
Oxu.Az bu barədə araşdırma apararaq, təqvimi təsdiq olunan turnirlərə əsasən həmin yarışları təqdim edir:
10 metr məsafəyə atıcılıq üzrə Avropa çempionatı – 26 fevral - 8 mart (Lohya, Finlandiya)
Güləş üzrə Avropa Olimpiya Təsnifat turniri – 18-21 mart (Budapeşt, Macarıstan)
Ağırlıqqaldırma üzrə Avropa çempionatı – 3-11 aprel (Moskva, Rusiya)
Cüdo üzrə Avropa çempionatı – 16-18 aprel (Lissabon, Portuqaliya)
Güləş üzrə Avropa çempionatı – 19-25 aprel (Varşava, Polşa)
İdman gimnastikası üzrə fərdi Avropa çempionatı – 21-25 aprel (Bazel, İsveçrə)
Badminton üzrə fərdi Avropa çempionatı – 27 aprel - 2 may (Kiyev, Ukrayna)
Batut, tamblinq gimnastikası üzrə böyüklər və gənclər arasında Avropa çempionatı – 29 aprel - 2 may (Soçi, Rusiya)
III Dünya Döyüş Oyunları – 5-9 may (Nur-Sultan, Qazaxıstan)
Güləş üzrə Dünya Olimpiya Təsnifat turniri – 6-9 may (Sofiya, Bolqarıstan)
Sambo üzrə Avropa çempionatı – 18-20 may (Linyano Sabbyadoro, İtaliya)
Karate üzrə Avropa çempionatı – 19-23 may (Poreç, Xorvatiya)
25, 50, 300 metr məsafəyə, qaçan hədəflər və stend atıcılığı üzrə Avropa çempionatı – 23 may - 6 iyun (Osiyek, Xorvatiya)
Cüdo üzrə dünya çempionatı – 6-13 iyun (Budapeşt, Macarıstan)
Atıcılıq üzrə dünya çempionatı – 8-17 iyun (Şatoru, Fransa)
Karate üzrə Olimpiya Təsnifat turniri – 11-13 iyun (Paris, Fransa)
V Avropa Universitet Oyunları – 14-27 iyul (Belqrad, Serbiya)
XXXII Yay Olimpiya Oyunları – 23 iyul - 8 avqust (Tokio, Yaponiya)
XXXI Dünya Yay Universitet Oyunları – 18-29 avqust (Çendu, Çin)
XVI Yay Paralimpiya Oyunları – 24 avqust - 5 sentyabr (Tokio, Yaponiya)
I MDB Oyunları – 4-11 sentyabr (Kazan, Rusiya)
V İslam Həmrəyliyi Oyunları – 10-19 sentyabr (Konya, Türkiyə)
Güləş üzrə dünya çempionatı – 2-10 oktyabr (Oslo, Norveç)
İdman gimnastikası üzrə dünya çempionatı – 18-24 oktyabr (Kitakyushu, Yaponiya)
Bədii gimnastika üzrə dünya çempionatı – 27-31 oktyabr (Kitakyushu, Yaponiya)
Ağırlıqqaldırma üzrə dünya çempionatı – Noyabr (Lima, Peru)
Kikboksinq üzrə böyüklər və veteranlar arasında dünya çempionatı – 5-14 noyabr (Moskva, Rusiya)
Batut gimnastikası üzrə dünya çempionatı – 11-14 noyabr (Bakı, Azərbaycan)
Sambo üzrə dünya çempionatı – 12-14 noyabr (Moskva, Rusiya)
Karate üzrə dünya çempionatı – 16-21 noyabr (Dubay, BƏƏ)
Badminton üzrə dünya çempionatı – 29 noyabr - 5 dekabr (Uelva, İspaniya)
Boks üzrə (kişilər) dünya çempionatı – tarix bilinmir (Belqrad, Serbiya)
Səbuhi Musayev