Azərbaycan İdman Akademiyasının futzal komandası Xorvatiyanın Zaqreb şəhərində universitetlər arasında keçirilən Avropa çempionatının qalibi olub.
Oxu.Az xəbər verir ki, komandamız finalda İspaniya təmsilçisi "Valensiya" ilə qarşılaşıb. Rəqibini 7:2 hesabı ilə məğlub edən Azərbaycan komandası qitə çempionu adına layiq görülüb.
Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), AHİK-in tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, eləcə də Azərbaycan İdman Akademiyasının və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası 2008-ci ildən Avropa Tələbə İdmanı Assosiasiyasının (EUSA) üzvüdür.