Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan millisi dünya çempionatında iştirakından imtina etdi
Azərbaycanın bodibildinq komandası sentyabrın 23-28-də İranın Kiş şəhərində keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Oxu.Az xəbər verir ki, komandamız noyabrda keçiriləcək dünya kubokunu nəzərə alaraq, hazırlıqlarını uzunmüddətli perspektivə hesablayaraq planlaşdıracaq.
"Dəmir oğlanlarımız" üçün növbəti start 31 oktyabr - 4 noyabr tarixlərində İspaniyanın Santa Susanna şəhərində baş tutacaq Dünya Kuboku olacaq.
Qeyd edək ki, bu il millimiz Santa Susannada keçirilən Avropa çempionatında çıxış edərək, ümumilikdə 7 qızıl, 6 gümüş, 6 bürünc medal və 4 mütləq titul qazanıb. Bundan əlavə, yığmamız bodibildinq yarışlarında ümumi komanda hesabında birinci yeri tutub.
"Azərbaycan millisi" teqi üzrə xəbərlər
- Millimiz Misirdə keçiriləcək dünya çempionatında iştirak edəcək
- Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Yunanıstan və İsveçrə ilə üz-üzə
- Paris-2024 : Azərbaycan paralimpiyaçılarının yarış təqvimi açıqlandı
- Azərbaycan klubuna monteneqrolu baş məşqçi təyin olunub
- Azərbaycan boksçuları Avropa birinciliyində doqquz medal qazanıblar