21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. B qrupunda yer alan millimiz Çexiya yığması ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Əlincə Arena"da keçirilən görüşdə qalib müəyyənləşməyib və oyun 1:1 hesabı ilə başa çatıb.
Komandamızın heyətində qolu Eşqin Əhmədov vurub.
Qeyd edək ki, U-21 millimiz qrupda növbəti oyununu sentyabrın 30-da səfərdə Şotlandiya yığmasına qarşı keçirəcək.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, millimiz Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. "Əlincə Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.
"CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq oyunu İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.