Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan Premyer Liqası Avropada 26-cı, postsovet məkanında 2-ci olub
Azərbaycan Premyer Liqasının Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı dünya reytinqində postsovet məkanı ölkələrinin çempionatları siyahısında mövqeyi bəlli olub.
Oxu.Az xəbər verir ki, dünyada 40-cı, Avropada isə 26-cı pillədə yer alan Azərbaycan yüksək dəstəsi keçmiş SSRİ təmsilçiləri arasında ən yaxşı ikinci göstəriciyə malikdir.
Ukrayna çempionatı birinci yerdədir.
Postsovet məkanı ölkələri çempionatlarının reytinqi:
1. Ukrayna (dünyada 24-cü) - 609,25 xal;
2. Azərbaycan (40) - 429,75 xal;
3. Ermənistan (45) - 388 xal;
4. Latviya (46) - 386,25 xal;
5. Gürcüstan (53) - 372,25 xal;
6. Litva (55) - 361,75 xal;
7. Estoniya (57) - 350,25 xal;
8. Belarus (58) - 348,5 xal;
9. Rusiya (59) - 345,5 xal;
10. Özbəkistan (67) - 280,5 xal;
11. Moldova (69) - 262,5 xal;
12. Qazaxıstan (82) - 197,75 xal;
13. Türkmənistan (98) - 128 xal.
Qeyd edək ki, Qırğızıstan və Tacikistanın yüksək liqaları yüzlüyə düşə bilməyib.