Bu gün Misli Premyer Liqasında 23-cü tura start verilib.
Oxu.Az xəbər verir ki, ilk gündə bir matç keçirilib.
Turun açılış oyununda "Sumqayıt" öz meydanında "Zirə"ni qəbul edib. İlk hissədən üstünlüyü ələ alan qonaqlar, rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb.
Hazırda "Zirə" turnir cədvəlində 39 xalla üçüncü, "Sumqayıt" isə 22 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək.
Bu gün Misli Premyer Liqasında XXIII tura bir görüşlə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Sumqayıt" "Zirə"ni qəbul edəcək.
Görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"la, "Neftçi" "Qarabağ"la, "Kəpəz" "Şamaxı" ilə, "Səbail" isə "Sabah"la üz-üzə gələcək.
15 fevral
Misli Premyer Liqası
XXIII tur
Saat 19:00, "Sumqayıt" - "Zirə"