Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün azarkeş rekordu qeydə alınıb.
Oxu.Az xəbər verir ki, VIII turun “Turan Tovuz” - “Neftçi” (0:1) matçı mövsümün ən çox tamaşaçı toplayan oyunu olub.
Tovuz şəhər stadionunda keçirilən qarşılaşmanı 5000 azarkeş tribunalardan izləyib.
Buna qədər mövsümün rekordu VI turun “Qarabağ” - “Sabah” qarşılaşmasında qeydə alınıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən və Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşü 4500 nəfər izləyib.