Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Premyer Liqasında mövsümə yekun vuruldu, qalib "Qarabağ" mükafatlandırıldı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə yekun vurulub.
Oxu.Az-ın məlumatına görə, XXXVI turun sonuncu matçında çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma heç-heçə yekunlaşıb - 2:2.
Naxçıvan klubunda 3-cü dəqiqəsə Elvis Maşike fərqlənib. "Köhlən atlar"da Olavio Juninyo 27-ci dəqiqədə tarazlığı bərpa edib. 32-ci dəqiqədə "Araz-Naxçıvan"ın kapitanı Vadim Abdullayev avtoqol müəllifi olub. 58-ci dəqiqədə onun komanda yoldaşı Abdulla Rzayev hesabı bərabərləşdirib.
Çempion "Qarabağ" xallarının sayını 83-ə çatdırıb. "Araz-Naxçıvan" mövsümü 36 xalla 8-ci sırada bitirib.
Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i bir qolla üstələyib. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Sonda qalib "Qarabağ" klubu mükafatlandırılıb.
İlk olaraq komandanın futbolçularına və məşqçilərinə medallar verilib. Daha sonra Ağdam klubuna çempionluq kuboku təqdim olunub.
"Azərbaycan Premyer Liqası (Misli Premyer Liqası)" teqi üzrə xəbərlər
- Azərbaycan Premyer Liqasında XXXII tura yekun vuruldu
- Qurban Qurbanovun çempionluq şərhi: "Həmişə növbəti uğur üçün can atıram"
- "Qarabağ" Azərbaycan Premyer Liqasında çempionluğunu rəsmiləşdirdi
- Misli Premyer Liqası: "Zirə" Tovuzda "Kəpəz"i məğlub etdi
- Premyer Liqa: "Turan Tovuz" - "Şamaxı" görüşündə qalib müəyyən olunmadı