Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan UEFA-nın əmsallar cədvəlində ötən həftə ilə müqayisədə geriləyib
Azərbaycan ötən həftə ilə müqayisədə UEFA əmsallar cədvəlində geriləyib.
Oxu.Az xəbər verir ki, bu, avrokuboklarda III təsnifat mərhələsinin ilk oyunlarından sonra baş verib.
Hazırda 24-cü sırada yer alan ölkəmizin əmsalı 18.500-ə çatıb.
Bu həftə əvvəlcə "Qarabağ" Çempionlar Liqasında Bakıda Bolqarıstanın "Ludoqorets" komandasına uduzub - 1:2. Dünən isə "Sabah" UEFA Konfrans Liqasında İrlandiyada "Sent Patriks Atletik"ə məğlub olub (0:1). Yalnız "Zirə" Xorvatiyada "Osiyek"lə heç-heçə edib - 1:1. Bu bərabərlik Azərbaycanın aktivinə 0.125 xal (bu mərhələdə heç-heçəyə görə verilən 0.5 xal komandaların sayına (4) bölünüb) qazandırıb.
Bizi ötərək 23-cü pilləyə yüksələn Slovakiyanın 18.750 xalı var. Cədvəldə bizdən sonra qərarlaşan İsveç və Bolqarıstan Rusiyanı üstələyərək xal ehtiyatlarını 18.375-ə çatdırıblar. Şimal qonşularımızı daha bir ölkə arxada qoyub - Kiprin 18.350 xalı var.
Ümumilikdə 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.160) başçılıq edir.
"UEFA əmsallar cədvəli" teqi üzrə xəbərlər
- UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib
- Rumıniya FKSB-nin "Qarabağ" üzərində qələbəsi sayəsində UEFA reytinqində irəlilədi
- UEFA əmsallar cədvəli açıqlanıb: Azərbaycanın mövqeyi dəyişməyib
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın qələbəsi Azərbaycanı bir pillə yüksəldib
- UEFA əmsallar cədvəli: "Qarabağ" uduzub, Azərbaycan mövqeyini qoruyub