Qadınlardan ibarət Azərbaycan voleybol millisi Yaponiyada keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, Faiq Qarayevin yetirmələri “C” qrupunda Cənubi Koreya yığmasından daha güclü olub – 3:1 (25:18, 25:18, 23:25, 25:18).
Xatırladaq ki, dünən idmançılarımız amerikalılara 0:3 hesabı ilə məğlub olublar.
Oktyabrın 2-də Azərbaycan komandası Rusiya ilə qarşılaşacaq.
Daha sonra voleybolçularımızı Trinidad və Tobaqo və Tailand kollektivləri ilə matçlar gözləyir.
Rəylər