“Azərreyl” voleybol klubunun prezidenti Fərid Xəlilov tutduğu postdan ayrılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, vəzifəsindən ayrıldığını göstərən video paylaşıb.
Gənc prezident saytımıza açıqlamasında klubdan ayrıldığını təsdiqləyib.
O, noyabrın 26-da Azərbaycan Voleybol Federasiyasında vitse-prezident vəzifəsinə seçilən Cəlil Cəfərovu əvəzləyib. İndi F.Xəlilov federasiyanın yeni baş katibidir. Yaxın günlərdə bu təyinatın rəsmi şəkildə açıqlanması gözlənilir.
Qeyd edək ki, Fərid Xəlilov 2019-cu ildən “Azərreyl”in prezidenti idi.
Səbuhi Musayev