19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin son oyununda qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, 13-cü qrupda yer alan yığma Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Ta Qali şəhərində yerləşən "Sentenari" stadionunda keçirilən görüş Azərbaycan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da millimiz öz qrupunda üç xalla üçüncü pilləni tutub. Malta isə bir xalla sonuncu - dördüncü olub.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
"Sentenari" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 14:00-da start götürəcək. Qarşılaşmanı Finlandiya və Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.