Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanlı hakim növbəti Avropa oyununda
Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti mühüm təyinatını alıb.
Oxu.Az xəbər verir ki, təcrübəli hakim UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda İsveç təmsilçisi "Yurqorden" və Finlandiya klubu "İlves" arasında keçiriləcək qarşılaşmanı idarə edəcək.
Elçin Məsiyevə bu məsuliyyətli görüşdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim qismində isə Fərid Hacıyev fəaliyyət göstərəcək. Bundan əlavə, Əliyar Ağayev VAR, İnqilab Məmmədov isə AVAR rolunu icra edəcəklər.
Xatırladaq ki, "Yurqorden" və "İlves" arasındakı həlledici görüş 15 avqust tarixində Stokholm şəhərindəki "Stokholm Arena"da baş tutacaq.
"Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA)" teqi üzrə xəbərlər
- AFFA tərəfindən Binə qəsəbə stadionunda süni ot örtüyünün yenilənməsi işləri başa çatıb
- Qapıçı penaltidən vurulan zərbəni dəf edəcəyi təqdirdə təkrar vuruşun ləğvi təklif edildi
- FIFA və "Adidas" Klublararası Dünya Çempionatının topunu təqdim edib
- FIFA İspaniyanın iki klubuna transfer qadağası qoydu
- Milli komandaların FIFA reytinqi bəlli olub