İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və təşkilati məsələlərə həsr olunmuş mətbuat konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin nümayəndələri, media mənsubları və qonaqlar iştirak ediblər.
Mətbuat konfransında əvvəlcə 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosunun təqdimat videosu və mötəbər yarışın tanıtım çarxı nümayiş olunub.
Qeyd edək ki, Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək yekun heyəti 11-13 sentyabr tarixlərində keçiriləcək Macarıstan Böyük Dəbilqə turnirindən sonra açıqlanacaq. Heyətin formalaşdırılmasında əsas meyarlar Böyük Dəbilqə turnirlərində əldə olunan nəticələr və idmançıların məşq prosesində nümayiş etdirdikləri peşəkar yanaşma olacaq.