İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatının (DÇ-2026) nəticələrindən asılı olmayaraq öz postunda qalacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Məlumata görə, İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi mütəxəssisə tam inandığını bildirib və onun işdən çıxarılması məsələsini gündəmə gətirmir. Baş məşqçinin müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.
Xatırladaq ki, DÇ-2026-nın yarımfinal mərhələsində Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edib. Dünya çempionatının bürünc medalları uğrunda keçiriləcək matçda İngiltərə millisi Fransa yığması ilə qarşılaşacaq.