Bakıda keçirilən "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışı başa çatıb.
Oxu.Az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilib.
62 ölkədən 1 500 idmançının iştirak etdiyi yarışda atletlər 1.9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21 kilometr qaçış mərhələlərini tamamlayıblar.
Yarışın finiş xəttini ilk olaraq ABŞ təmsilçisi Maksim Kryat keçib. O, məsafəni 4 saat 1 dəqiqə 21 saniyəyə başa vurub. Lakin ən yaxşı nəticəni xorvatiyalı Matej Yukiç göstərib - 4 saat 1 dəqiqə 20 saniyə. Yukiç 30-34 yaş kateqoriyasında da qalib olub.
Azərbaycan idmançıları arasında finişə ilk çatan Teymur Fərəcov olub. 40-44 yaş kateqoriyasında çıxış edən triatlonçu məsafəni 4 saat 36 dəqiqə 10 saniyəyə qət edib.
Azərbaycan təmsilçilərindən Leyla Abdulazizova (18-24 yaş), Natalya Vallek (50-54 yaş) və Anatoliy Afonenko (75-79 yaş) öz kateqoriyalarında qalib olublar. Tural Atakişiyev isə 18-24 yaş kateqoriyasında ikinci yeri tutub.
Yarışda Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə də iştirak edib. O, triatlon məsafəsini uğurla başa vurub.
Estafet yarışında da Azərbaycan komandaları uğurlu nəticələr göstəriblər. Kişilər arasında "Team Metak" (AlfaTriClub), qarışıq komandalar arasında isə "Team Turan" ikinci yeri tutub.
Ümumilikdə 47 komandanın iştirak etdiyi estafet yarışında qaliblər belə müəyyənləşib:
Qadın estafet:
"Team Nomad Queens" (Qazaxıstan);
Kişi estafet:
"Team Zynqaholics" (Qırğızıstan);
Qarışıq estafet:
"Team Trinity" (Qazaxıstan).
"Alufar IRONMAN 70.3 Baku" yarışında yaş kateqoriyaları üzrə qaliblər:
18-24 yaş, kişilər: Alexandre Julyen (Fransa);
18-24 yaş, qadınlar: Leyla Abdulazizova (Azərbaycan);
25-29 yaş, kişilər: Saruxan Serter (Türkiyə);
25-29 yaş, qadınlar: Katarina Kasova (Slovakiya);
30-34 yaş, kişilər: Matej Yukiç (Xorvatiya);
30-34 yaş, qadınlar: Anastasiya Mosienko (Qazaxıstan);
35-39 yaş, kişilər: Julyen Leroks (Fransa);
35-39 yaş, qadınlar: Deliz Uilyams (Böyük Britaniya);
40-44 yaş, kişilər: Maksim Kryat (ABŞ);
40-44 yaş, qadınlar: Lai So Lisa Çeng (Honkonq);
45-49 yaş, kişilər: Aleksey Nikulin (Rusiya);
45-49 yaş, qadınlar: Ştefi Ridel (Almaniya);
50-54 yaş, kişilər: Dmitriy Semenov (Özbəkistan);
50-54 yaş, qadınlar: Natalya Vallek (Azərbaycan);
55-59 yaş, kişilər: Aleksey Retiunskiy (Qırğızıstan);
55-59 yaş, qadınlar: İdil Qazioqlu (Türkiyə);
60-64 yaş, kişilər: Vladimir Mixaylov (Qazaxıstan);
65-69 yaş, kişilər: Oleq Suxodolin (Rusiya);
65-69 yaş, qadınlar: Takako Morinaqa (Yaponiya);
70-74 yaş, kişilər: İskandar Şaxov (Özbəkistan);
75-79 yaş, kişilər: Anatoliy Afonenko (Azərbaycan);
80-84 yaş, kişilər: Valentin Çernov (Rusiya).
Qeyd edək ki, "Alufar IRONMAN 70.3 Baku" yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək "IRONMAN 70.3" triatlon üzrə dünya çempionatına vəsiqə qazanıb.
Bakıda keçirilən "IRONMAN 70.3" triatlon yarışında ilk finişə çatan idmançı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, finiş xəttini ilk olaraq xorvatiyalı triatlonçu Matej Jukiç keçib.
O, 113 kilometrlik məsafəni 4 saat 1 dəqiqə 20 saniyəyə qət edərək yarışın qalibi olub.
Qeyd edək ki, "IRONMAN 70.3 Baku" yarışında 62 ölkədən 1 500-dən çox triatlonçu iştirak edir. İdmançılar 1.9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21.1 kilometr qaçış mərhələlərində mübarizə aparırlar.
Bakıda "IRONMAN 70.3" triatlon yarışına start verilib.
Oxu.Az xəbər verir ki, nüfuzlu yarışda 62 ölkədən 1 500-dən çox triatlonçu iştirak edir.
Azərbaycan yarışda 123 idmançı ilə təmsil olunur. İştirakçılar kişilər və qadınlar arasında 13 yaş qrupunda mübarizə aparırlar. Kateqoriyalar 18-24 yaşdan başlayaraq 80-84 yaşadək olan idmançıları əhatə edir.
Əsas yarışda 807 kişi və 197 qadın iştirak edir. Yarışın ən gənc iştirakçısının 18, ən yaşlı iştirakçısının isə 80 yaşı var.
Proqram çərçivəsində estafet yarışı da təşkil olunacaq. Kişilər, qadınlar və qarışıq komandaların iştirak edəcəyi estafetdə 47 komanda mübarizə aparacaq. Sonda ən fəal üç klub da mükafatlandırılacaq.
Triatlonçular ümumilikdə 113 kilometr məsafə qət edəcəklər. Yarış 1.9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21.1 kilometr qaçış mərhələlərindən ibarətdir.
"IRONMAN 70.3 Baku"da kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək dünya çempionatında iştirak hüququ əldə edəcək.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.
Daha çox foto burada: PhotoStock.az