"Barselona" futbol klubu Avropa Superliqası layihəsindən çıxdığını elan edib.
Oxu.Az-ın xəbərinə görə, klub bu barədə öz rəsmi saytında məlumat verib.
"Bununla "Barselona" klubu elan edir ki, bu gün "European Super League Company" şirkətini və iştirakçı klubları Avropa Superliqası layihəsindən çıxması barədə rəsmi şəkildə məlumatlandırıb", - deyə Kataloniya klubunun açıqlamasında qeyd edilib.
Qeyd edək ki, yeni Avropa klub futbol turnirinin (Avropa Superliqası) yaradılması barədə 2021-ci ildə qərar verilib. "Barselona" Superliqanın 12 təsisçi üzvündən biri kimi çıxış edib. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) layihəni tənqid edib, eləcə də bildirib ki, orada iştirak edən bütün klublar yerli, Avropa və digər beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılacaqlar.