"Barselona" futbolı klubu Misirin "Əl-Əhli" klubunun gənc hücumçusu Həmzə Əbdülkərimi transfer edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Barselona" oyunçunun müqaviləsində nəzərdə tutulmuş satınalma variantından yararlanıb. Transfer məbləği 1.5 milyon avro təşkil edib.
Xatırladaq ki, fevralın 1-də futbolçu mövsümün sonuna qədər satınalma hüququ ilə icarə əsasında "Barselona"nın gənclərdən ibarət komandasına keçmişdi.
Qaynar xətt:
(055) 224 12 12