"Barselona", "İnter" və "PSJ"nin keçmiş yarımmüdafiəçisi Rafinya Alkantara 32 yaşında karyerasını başa vurub.
Oxu.Az bildirir ki, bu barədə o, sosial şəbəkə hesablarında məlumat verib.
Futbolçunun son klubu Qətərin "Əl-Ərəbi" klubu olub.
"Mən karyeramı bitirmək qərarına gəldim. Bir ildən bir az çox müddət əvvəl dizimdən zədə aldım, təəssüf ki, bu, mənə yenidən ən yüksək səviyyədə çıxış etməyə imkan vermir", - deyə braziliyalı oyunçu yazıb.