"Bavariya" "Qrasshopper"lə keçirilən yoldaşlıq görüşündə rəqibini böyük hesabla məğlub edib.
Oxu.Az xəbər verir ki, doğma meydanda "Qrasshopper"i qəbul edən "Bavariya" rəqibini dörd cavabsız qolla məğlub edib.
Hesabı 12-ci dəqiqədə Maykl Olis açıb. Fasilədən sonra üstünlüyü tamamilə ələ alan "Bavariya" rəqibi daha üç dəfə meydanın mərkəzinə dəvət edib. 47-ci dəqiqədə Harri Keyn dəqiq oynayıb. Matis Tel 68-ci dəqiqədə Kimmixin ötürməsini qolla tamamlayıb. Görüşdə son nöqtəni isə "Bavariya"nın əfsanəvi futbolçu Tomas Müller qoyub - 4:0.
Qeyd edək ki, "Bavariya" Almaniya Bundesliqasında ilk görüşünü avqustun 25-də "Volfsburq" klubuna qarşı keçirəcək.
Rəylər