Məğlubedilməz MMA döyüşçüsü Həbib Nurməhəmmədov ilin ən yaxşı dünya idman ulduzu seçilib.
Oxu.Az xəbər verir ki, seçim ictimaiyyət arasında Böyük Britaniyanın “BBC Sport” telekanalı tərəfindən aparılıb.
Nəticədə Dağıstandan olan idmançı ən çox səs toplayaraq 2020-ci ilin dünya idman ulduzu olub.
View this post on InstagramQeyd edək ki, Həbib Nurməhəmmədovun bu il Toni Ferqyusonla keçirilməli olan döyüşü pandemiya səbəbindən baş tutmayıb. Oktyabrın 24-də isə Castin Qeyciyə qalib gəldikdən sonra idmançı karyerasını bitirdiyini açıqlayıb.
Onu da bildirək ki, sabah 67-ci dəfə idmançılar arasında İlin Şəxsiyyəti nominasiyasında mükafatlandırma mərasimi olacaq. Burda Böyük Britaniyanın ulduz idmançısının da adı açıqlanacaq. Namizədlər arasında futbolçu Cordan Henderson, boksçu Tayson Fyuri və pilot Luis Hamilton kimi simalar var.
Səbuhi Musayev
"Həbib Nurməhəmmədov" teqi üzrə xəbərlər
- Həbib Nurməhəmmədov karyerasının ən ağır döyüşünü açıqladı
- Həbib illər sonra SİRRİ AÇDI: Makqreqorun təhqirlərinə niyə cavab verməyib?
- Ronaldunun qapalı keçiriləcək toyuna hansı məşhurlar dəvət olunublar?
- Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
- Osman Nurməhəmmədov PFL-in yüngül çəki titulunu qoruyub
Digər xəbərlər