PSJ-nin futbolçusu Hatem Ben-Arfa komandadan ayrılmaq qərarına gəlib.
Oxu.Az apasport.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu sabiq klubu “Nitsa”ya qayıtmaq niyyətindədir.
Parislilər də onunla yolları ayırmağa qarşı deyillər. Ben-Arfanın “Nitsa”ya icarə əsasında keçməsi variantı nəzərdən keçirilir. Onun transfer hüququnun birdəfəlik satılması da istisna edilmir.
Ben-Arfa braziliyalı hücumçu Neymarın gəlişindən sonra PSJ-də ehtiyatda qalmaqdan çəkinir. Bu səbəbdən o, komandasını dəyişmək fikrinə düşüb.
Qeyd edək ki, Fransa yığmasının üzvünün adı “Fənərbağça” ilə də birgə hallanır.
E.Ə.
www.oxu.az