Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Blatterlə Platini yenidən məhkəmə qarşısında – İki milyonluq fırıldaqda ittiham olunurlar
FIFA və UEFA-nın keçmiş prezidentləri Yozef Blatterlə Mişel Platini yenidən İsveçrədə məhkəmə qarşısına çıxıblar.
Oxu.Az xəbər verir ki, Yozef Blatter və Mişel Platini 2011-ci ildə FIFA-nın hesabından ikincinin xeyrinə qanunsuz olaraq 2 milyon İsveçrə frankı (1,8 milyon avro) köçürməkdə ittiham olunurlar.
2022-ci ildə hər iki keçmiş funksioner bəraət qazanıb. Lakin İsveçrə prokurorluğu bəraətdən apellyasiya şikayəti verib. İndi işə İsveçrə Cinayət Məhkəməsinin Apellyasiya Palatası baxır. İttiham tərəfi ödənişin qanunsuz olduğunu və FİFA-ya maddi ziyan vurulduğunu bildirir.
Prokurorluq Blatter və Platiniyə 20 ay həbs cəzası tələb edir. Təqsirləndirilən şəxslər ittihamları rədd edərək, bu vəsaitin konsaltinq xidməti üçün ödəndiyini deyirlər.
Məhkəmənin martın 6-na kimi davam edəcəyi, hökmün martın 25-də veriləcəyi gözlənilir.
"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA)" teqi üzrə xəbərlər
- Çempionlar Liqasının 1/8 final mərhləsini hansı kanallardan izləmək olar?
- UEFA Klaudio Ranyerini cərimələdi
- UEFA Çempionlar Liqası: 1/8 final mərhələsinə dörd qarşılaşma ilə start verilir
- Alın yazısını özü yazan futbolçu: Bu gün onun həyat yolunu Misirdə dərsliklərə salırlar
- UEFA Yurgen Kloppu təhqir edən hakimi ağır cəzalandırdı