Qazaxıstanın Almatı şəhərində Menqerey Xayrutdinovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub.
Boks Federasiyasından Oxu.Az-a verilən məlumata görə, Azərbaycan milli komandası yarışda 1 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.
81 kq çəki dərəcəsində mübarizə aparan Aynur Rzayeva final görüşündə qalib gələrək, turnirin baş mükafatına yiyələnib. Yana Alekseyeva isə (60 kq) həlledici görüşdə Astana boksçusu Aleksandra Ritkovskayaya uduzaraq, gümüş medala sahib olub.
Qeyd edək ki, Əzizə Abbasova (48 kq), Leyla Cavadova (75 kq) və Anna Əlimərdanova (51 kq) bürünc medalla kifayətləniblər.