Oxu.Az xəbər verir ki, bu sözləri Qafqazinfo-ya açıqlamasında müğənni Elza Seyidcahan Lady Gaganın ideyasını oğurlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib:
“Elza heç vaxt Lady Gaganın imicini oğurlaya bilməz”. Mən 1996-cı ildə sənətə gələndə Gaga bu sənətdə yox idi, o 2006-cı ildə oxumağa başlayıb. Uşaq vaxtlarından, məktəb illərindən mən fərqli geyinmişəm, stilim ilə seçilmişəm. Gaganı bəyənirəm, alqışlayıram, düzgün yoldadır, sadədir, bizim fikirlərimiz üst-üstə düşür, ola bilər o mənim davamçımdır. Təvazökarlıqdan uzaq olsa da, düşünürəm ki, baxıblar, araşdırıblar, mənim fikirlərimi bəyəniblər. Nə olsun ki, Azərbaycan balaca ölkədir, indi internet əsridir. Onlar da bizim mədəniyyətimizi, incəsənətimizi, dinimizi araşdırırlar, öyrənirlər. Burada təəccüblü bir şey yoxdur, niyə demirlər ki, Gaga Elzadan götürüb, belə desələr, Allaha daha da xoş gedər. Öz sənətkarlarımızı kiməsə bənzətməsinlər, yaxşı şeylərdə desinlər xaricilər özünü bizimkilərə oxşadıb”.
www.oxu.az