Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə (73 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində zədələndiyi üçün təsəlliverici qarşılaşmaya çıxmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu jurnalistlərə açıqlamasında bildirib:
"Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarımçıq dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici qarşılaşmaya də çıxmadı. İki-üç ay müalicə alacaq".
Tacikistanın paytaxtı Düşənbədə Böyük Dəbilqə turniri davam edir.
Oxu.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.
73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qounu (Çin) məğlub edib. Cüdoçumuz daha sonra Xojiakber Toşevlə (Özbəkistan) bacarmayıb. Qələndərzadə təsəlliverici görüşdə Abubakr Şerova (Tacikistan) da uduzduğundan, yarışla medalsız vidalaşıb.
81 kq çəki dərəcəsində mübarizə aparan digər cüdoçumuz Süleyman Şükürov 1/8 finalda Batsuqar Qansuxdan (Monqolustan) güclü olsa da, ardınca Murodjon Yoldoşevə (Özbəkistan) uduzub. Şükürov təsəlliverici görüşdə Youxiu Youxiu (Çin) ilə güləşib və qalib gəlib. O, bürünc medal uğrunda Kote Kapanadze ilə üz-üzə gələcək.
Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulacaq.
Oxu.Az xəbər verir ki, 73 kq mübarizə aparan Vüsal Qələndərzadə 1/8 finalda Yunlonq Qou (Çin) / Anqsarbek Qaynullin (Qazaxıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
81 kq çəkidə çıxış edən Süleyman Şükürov isə 1/8 finalda Monqolustan təmsilçisi Batsuqar Qansuxla qarşılaşacaq.
Yarışın növbəti günü Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) qızıl medal qazanaraq yığmanın aktivinə ilk mükafatı yazdırıb.
"Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.