Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Merih Demiralın cəzalandırılması xəbəri təkzib edildi - AÇIQLAMA
Almaniyanın "Bild" qəzetinin Merih Dəmirala 2 oyunluq cəza verilməsi xəbərinin həqiqəti əks etdirmədiyi bildirilib.
Bu barədə Türkiyə Futbol Federasiyasından verilən açıqlamada deyilir.
"İddia doğru deyil. UEFA-nın Merih Dəmirala qarşı açdığı istintaq hələ yekunlaşmayıb və onun iki oyunluq cəza alması iddiası həqiqəti əks etdirmir.
Mövqeyimizi müdafiə etmək üçün sabah səhərə qədər vaxtımız var. yalnız bundan sonra qərar veriləcək", - qurumdan qeyd edilib.
Mənbə: Haber Global
Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında "bozqurd" işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb.
26 yaşlı idmançı 2 oyunluq diskvalifikasiya olunub.
UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı.
Qeyd edək ki, "ay-ulduzlular" iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.
Mənbə: championat.com
Rəylər