Braziliyida keçirilən dünya çempionatı bizi gözəl oyunlar və çoxlu qollarla sevindirməkdə davam edir. Bu gün mundialda daha üç oyun keçiriləcək.
Oxu.Az xəbər verir ki, bakı vaxtı ilə saat doqquzda “E” qrupunun ilk oyunu İsveçrə və Ekvador yığmaları arasında keçiriləcək.
Saat 23:59-da mübarizəyə Fransa yığması qoşulacaq. Onlar Hondurası sınağa çəkəcəklər.
Günün ən maraqlı oyunu isə saat 3:00-da başlayacaq. Məşhur “Marakana” stadionunda Arqentina tirnirin debyutantı Bosniya və Hersoqovina ilə qarşılaşacaq. Arqentina yığması nın hücumçusu və bir neçə dəfə dünyanın ən yaxşı futbolçusu Lionel Messinin özünü necə göstərəcəyi çoxlarına maraqlıdır.