Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Burak Yılmazın azarkeşə sərt reaksiyası Türkiyə mediasının diqqət mərkəzinə düşüb
"Kasımpaşa" klubunun baş məşqçisi Burak Yılmaz "Kayserispor"a məğlubiyyətdən sonra "Fənərbağça" azarkeşinin sözlərinə çox sərt reaksiya verib.
Oxu.Az xəbər verir ki, ev sahibi komanda 10 nəfərlə 3 xalı qazanmağı bacarıb - 1:0.
"Kasımpaşa" heyəti məğlubiyyətlə ayrıldıqları Kayseridə xoşagəlməz hadisə yaşayıb.
Futbolçular və texniki heyət komandanın avtobusuna minərkən azarkeşlərdən biri "Fənərbağça" matçı ilə bağlı "Kasımpaşa"nın baş məşqçisi Burak Yılmazı özündən çıxaran ifadələr səsləndirib.
Bundan sonra Yılmaz özünü saxlaya bilməyib və azarkeşə doğru irəliləyərək onun üzərinə qışqırıb.
Tərəflər ətrafdakıların köməyi və polis müdaxiləsi ilə sakitləşdiriliblər.
⚡️⚡️⚡️ Burak Yılmazın azarkeşə sərt reaksiyası Türkiyə mediasının diqqət mərkəzinə düşüb#BurakYılmaz pic.twitter.com/WTM9YKZnV7
— Oxu.Az (@oxuaz) April 14, 2025
"Fənərbağça FK" teqi üzrə xəbərlər
- Joze Mourinyo yenidən İspaniya nəhəngini çalışdıra bilər
- "Qalatasaray" UEFA Çempionlar Liqasına vəsiqəni təmin etdi
- Superkompüter Türkiyə Super Liqasının qalibi olacaq komandanın adını açıqladı
- Avropanın böyük liqalarında mövsüm sona yaxınlaşır: Gərgin mübarizə
- "Fənərbağça" klubu səhmlərinin bir hissəsini satdı