Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Camal Hill: "Xalilin üzünə hər döyüşdə daha çox zərbələr dəyir, nəinki mənim"
"Xalil belə deyə bilər, amma o düşünmür ki, onun qarşısında necə bir döyüşçü olacaq".
Oxu.Az xəbər verir ki, bunu iyunun 21-də Bakıda keçiriləcək "UFC Fight Night" döyüş gecəsinin əsas iştirakçılarından olan, yarım ağır çəki dərəcəsində keçmiş çempion Camal Hill mətbuat konfransı zamanı bildirib.
C.Hill deyib ki, rəqibinin bunu deməyi gülməlidir:
"Maraqlısı budur ki, onun üzünə hər döyüşdə daha çox zərbələr dəyir, nəinki mənim. O belə fikrə necə, harada düşüb, bilmirəm. Yəqin yuxuda görüb".
Qeyd edək ki, iyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"da gecənin əsas qarşılaşması yarımağır çəkidə keçmiş çempion Camal Hill ilə Xalil Rauntri arasında keçiriləcək.
Təhməz Əsədov