"Rafael Fiziyevlə çoxdan tanışıq".
Oxu.Az xəbər verir ki, bunu "UFC Fight Night"da qazaxıstanlı döyüşçü Asu Almabayevlə qarşılaşacaq ABŞ-dən olan Çarlz Conson deyib.
O bildirib ki, Rafael illər əvvəl onun məşqçisi olub:
"Rafael Fiziyev illər əvvəl Tailandda mənim muay-tay üzrə məşqçim olub. Beş həftədir birlikdə məşq edirik. Bəzən mənə zərbələr vurur. Arada mənə məsləhətlər və döyüşlə bağlı tapşırıqlar verir. Əsasən mənə özüm kimi olmağı və heç nədən çəkinməməli olduğumu deyir".
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq.
Turnir çərçivəsində azərbaycanlı döyüşçülər Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.