Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Çelsi" 80 milyon avroya aldığı futbolçunu 27 milyona satır
"Çelsi" "Lester Siti"dən 80 milyon avroya transfer etdiyi mərkəz müdafiəçisi Uesli Fofanadan yaxa qurtarmaq qərarına gəlib.
Oxu.Az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Çelsi" futbolçu üçün həm tam transfer, həm də icarə təkliflərini nəzərdən keçirməyə hazırdır. Hazırda 24 yaşlı fransalıya ən böyük marağı "Marsel" göstərir.
Xatırladaq ki, aprelin əvvəlində Fofana bud nahiyəsindən zədə alıb və əməliyyat olunub və cari mövsümün sonunadək sıradan çıxıb.
Fofananın "Çelsi" ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub və mərkəz müdafiəçisinin transfer dəyəri 27 milyon avro olaraq qiymətləndirilir. 2022-ci ilin yayında London klubu müdafiəçi üçün "Lester Siti"yə 80 milyon ödəyib.
"Çelsi FK" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Çelsi" azlıqda uduzdu
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI
- UEFA Konfrans Liqası: Finalçılar bəlli oldular
- UEFA Konfrans Liqası: Finala yüksələn komandalar bəlli olacaq
- Federiko Kyeza İngiltərə çempionu adına yiyələnmək üçün bir tur gözləməli olub